"Xocavəndin, Azır mağarası olan ərazinin gözəl görüntüsü var. Mən mağaralardan qorxuram. Ona görə də Azır mağarasının içinə keçmədim, amma ümumi görüntü, təbiət çox gözəldir".
Bunu APA-nın Qarabağ bürosuna Xocavənd və Füzuliyə səfər edən İsveçdən olan beynəlxalq səyahətçi Asa Lindgren deyib. O, azad edilmiş ərazilərdə olan mina təhlükəsi barədə fikirlərini bölüşərək “Mina təhlükəsi çox dəhşətlidir, çox faciəlidir, çünki insanlar xəsarət alır, həyatını itirir”, - deyə vurğulayıb. İsveçli səyyah bu təhlükəyə görə minaları basdıranların məsuliyyət daşımalı olduqlarını qeyd edib.
Asa Lindgren, Azərbaycana, ümumiyyətlə, dünyanın mina təhlükəsi olan digər yerlərinə minatəmizləmə əməliyyatlarına görə yardım edilməsinin vacibliyini vurğulayıb.