Bank Of Baku

Birinci rübdə 13 min şəxsə əlillik təyin olunub

Birinci rübdə 13 min şəxsə əlillik təyin olunub
# 28 aprel 2023 11:31 (UTC +04:00)

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən 2023-ci ilin birinci rübü ərzində 13 003 şəxsə əlillik təyin edilib.

Nazirlikdən APA-ya verilən xəbərə görə, onlardan 6 034-nə ilkin, 6 969-na isə təkrar əlillik təyinatı aparılıb.

Əlilliyin qiymətləndirilməsi elektron sistem üzərindən, səhiyyə müəssisəsinin e-sistemə daxil etdiyi göndərişlərdəki məlumatlar əsasında həyata keçirilir.

Əlillik təyinatından sonra e-sistem üzərindən əlilliyə görə proaktiv qaydada sosial ödənişlər təyin edilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR