Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz olaraq aksiyanın keçirildiyi Laçın-Xankəndi yolundan mülki avtomobillərin sərbəst keçidi davam edir.
APA-nın Şuşaya ezam olunan müxbiri xəbər verir ki, bu gün səhər saatlarında Xankəndindən gəlib, Laçın istiqamətinə keçən BQXK-ya məxsus 2 minik avtomobili yenidən Xankəndiyə qayıdıb.
***
10:31
Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz olaraq aksiyanın keçirildiyi Laçın-Xankəndi yolundan mülki avtomobillərin sərbəst keçidi davam edir.
APA-nın Şuşaya ezam olunan müxbiri xəbər verir ki, Xankəndidən gələn Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) məxsus 2 minik, 4 yük maşını Laçın istiqamətinə maneəsiz keçid edib.