Bank Of Baku

Bu gün meşə fondu torpaqlarında 20 mindən artıq ağac əkilib

Bu gün meşə fondu torpaqlarında 20 mindən artıq ağac əkilib
# 31 oktyabr 2022 18:58 (UTC +04:00)

Ölkə ərazisini əhatə edən payız ağacəkmə tədbirləri bu gün Qəbələ, Quba, Şabran, Tovuz və Şəmkir rayonlarının meşə fondu torpaqlarının açıq və seyrək sahələrində həyata keçirilib. Gün ərzində ümumilikdə 24 hektar ərazidə 20 500 ədəd ting əkilib, 1200 kiloqram palıd toxumu səpilib.

APA xəbər verir ki, bunu Meşələrin İnkişafı Xidmətinin rəsmisi Vahid Fərzəliyev bildirib:

“Payız ağac əkini başlayandan bugünədək ölkə ərazisində aparılan meşəbərpa tədbirləri zamanı 130 hektar meşə fondu torpağında 86 500 ədəd müxtəlif cinsli ağac əkilib, 6900 kiloqram toxum səpilib”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR