Bank Of Baku

Bu il 5,4 faiz çox tullantı əmələ gəlib

Bu il 5,4 faiz çox tullantı əmələ gəlib
# 20 aprel 2023 13:03 (UTC +04:00)

2022-ci ildə ölkədə 3984,1 min ton və ya əvvəlki illə müqayisədə 5,4 faiz çox tullantı əmələ gəlib və onların 66,7 faizini bərk məişət tullantıları, 33,3 faizini isə müəssisələrin istehsal fəaliyyəti nəticəsində yaranmış müxtəlif növ tullantılar təşkil edib.

Dövlət Statistika Komitəsindən APA-ya verilən xəbərə görə, ötən il yaranmış 2658,3 min ton bərk məişət tullantılarının 78,3 faizi zərərsizləşdirilməsi məqsədilə poliqonlara daşınıb, 21,2 faizi enerji əldə edilməsi məqsədilə istifadə olunub, 0,5 faizi ölkə daxilində satılıb. Məişət tullantılarından istifadə hesabına 205,3 milyon kVt saat və ya 2021-ci illə müqayisədə 6,3 faiz çox elektrik enerjisi istehsal edilib.

Sənayedə və iqtisadiyyatın digər sahələrində əvvəlki illərdə yaranan qalıqlar daxil olmaqla, ötən il istehsalat tullantılarının 28,5 faizi müəssisələrdə xammal kimi istifadə edilib, 42,7 faizi ölkə daxilində satılıb, 3,8 faizi ixrac olunub, 13,8 faizi zərərsizləşdirilməsi məqsədilə poliqonlara daşınıb, 11,2 faizi isə müəssisələrdə qalıb.

Müəssisələrin istehsal fəaliyyəti nəticəsində 2022-ci ildə 337,1 min ton təhlükəli tullantı yaranıb və tullantıların ümumi miqdarında onların payı 8,5 faiz olub. Tullantıların 63,1 faizi mədənçıxarma sənayesi müəssisələrində yaranıb ki, onların da böyük hissəsi Bakı şəhərində yerləşən müəssisələrin payına düşür. Əvvəlki illərdə yaranan qalıqlar da daxil olmaqla, ötən il 55,0 min ton təhlükəli tullantı tamamilə zərərsizləşdirilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR