Bu ilin I yarısında yaşa görə 18 552 pensiya işi uçotdan çıxarılıb. Bunun 14 396-sı vəfat, 4756-sı isə digər səbəblərə görə olub.
APA xəbər verir ki, bu, “Dövlət sosial müdafiə fondunun 2023-cü il üçün büdcə layihəsinə Hesablama Palatasının rəyi”ndə əksini tapıb.
Qeyd olunub ki, 2021-ci il üzrə digər səbəblərə görə yaşa görə uçotdan çıxarılan pensiya işlərinin sayı isə cəmi 949 olub.
Belə ki, cari ilin birinci yarısında yaşa görə uçotdan çıxarılmış pensiya işlərinin sayı 2021-ci ildəki sayın 86,6%-i həcmində (3807 iş çox) olub.
Həmçinin ötən il digər səbəblərdən 16575 əlilliyə görə pensiya işi uçotdan çıxırılmışdısa, bu ilin I yarısında bu rəqəm 37 569 olub.