Bank Of Baku

Daşkəsəndə Heydər Əliyevin 100 illik yubileyi qeyd olunub

Daşkəsəndə Heydər Əliyevin 100 illik yubileyi qeyd olunub
# 10 may 2023 14:12 (UTC +04:00)

Mayın 10-da Daşkəsən rayonunda Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə ümumrayon yığıncağı keçirilib.

APA-nın xəbərinə görə, tədbirdə Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, xidmət sahələrinin rəhbərləri, hərbçilər, ağsaqqallar, ziyalılar, YAP fəalları, şəhid ailələri, qazilər, sakinlər və ictimaiyyət nümayəndələri iştirak ediblər. Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin Daşkəsən şəhərinin mərkəzində ucaldılmış abidəsi ziyarət olunub. Daşkəsən rayon Heydər Əliyev Mərkəzində Ulu Öndərin həyat və fəaliyyətinin müxtəlif dövrlərini özündə əks etdirən fotolara və eksponatlara baxış olub.

Daha sonra ümumrayon yığıncağı keçirilib. Çıxışlarda Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyət olduğu vurğulanıb. Bildirilib ki, davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan Heydər Əliyevin ideyalarının təntənəsidir. Sonra “Ulu Öndər Heydər Əliyev” adlı sənədli film nümayiş etdirilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR