Tərbiyəçi müəllimlərin əməkhaqqılarının 40 faizini kəsirlər ki, ixtisasınız üzrə işləmirsiniz.
APA xəbər verir ki, bunu millət vəkili Etibar Əliyev Milli Məclisin Elm və təhsil komitəsinin iclasında deyib.
O bildirib ki, hələ sertifikasiya aparılmamış belə bir addımın atılması doğru deyil:
"Bununla bağlı böyük narazılıq var. Biz də bilirik ki, tərbiyəçi müəllimlərin 50 faizi öz ixtisası üzrə işləmir".