Dövlət Komitəsi: 35 şagird məktəbdən kənarda zorakılığa məruz qalıb

Dövlət Komitəsi: 35 şagird məktəbdən kənarda zorakılığa məruz qalıb
# 24 dekabr 2021 15:39 (UTC +04:00)

2019-2020-ci illərdə “Məktəblinin dostu” layihəsi çərçivəsində layihənin tətbiq olunduğu ümumi təhsil müəssisələrində layihə psixoloqları ilə şagirdlərin söhbəti zamanı ümumilikdə 35 nəfər şagirdin təhsil müəssisəsindən kənarda zorakılığın müxtəlif növlərinə məruz qalması aşkarlanıb.

APA-nın məlumatına görə, bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” məlumatında qeyd edilib. Onlardan 5-i seksual, 7-si fiziki, 5-i psixi zorakılığa və 18-si qısnanmaya məruz qalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR