Aprelin 30-da keçirilmiş dövlət qulluğunda inzibati vəzifələrin B növünə (inzibati icraçı vəzifələr) aid olan BA və BB qruplarına uyğun vəzifələr üzrə dövlət qulluğuna qəbul imtahanında iştirak etmək üçün qeydiyyatdan keçən 2710 namizəddən 51 nəfər imtahana gəlməyib.
DİM-dən APA-ya bildirilib ki, imtahan qaydalarını pozduğu üçün 2 nəfərin nəticəsi ləğv edilib.
İmtahan nəticələrinə əsasən, BA1 altqrupu üzrə 10 nəfər, BA2 altqrupu üzrə 16 nəfər, BA3 altqrupu üzrə 43 nəfər, BA4 altqrupu üzrə 86 nəfər, BB1 altqrupu üzrə 120 nəfər, BB2 altqrupu üzrə 155 nəfər, BB3 altqrupu üzrə 210 nəfər, BB4 altqrupu üzrə 293 nəfər olmaqla, ümumilikdə 933 namizəd tələb olunan müsabiqə şərtlərini ödəyərək uğur qazanıb.