Ötən gün Ermənistan silahlı qüvvələrinin Azərbaycan Ordusunun Laçın rayonu istiqamətindəki mövqelərini atəşə tutması nəticəsində şəhid olan hərbi qulluqçu Səbuhi Gündüz oğlu Tağıyevin nəşi anadan olduğu Şahbuz rayonuna aparılıb.
APA-nın yerli bürosu xəbər verir ki, şəhidlə Badamlı qəsəbəsindəki evlərində vida mərasimi keçirilib.
Daha sonra şəhid Səbuhi Tağıyev Şahbuz rayonunun Badamlı qəsəbə qəbiristanlığında torpağa tapşırılıb.
Vida və dəfn mərasimlərində şəhidin ailə üzvləri və yaxınları ilə yanaşı, rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, idarə və təşkilatların rəhbərləri, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.
***
13.51
Ötən gün Ermənistan silahlı qüvvələrinin Azərbaycan Ordusunun Laçın rayonu istiqamətindəki mövqelərini atəşə tutması nəticəsində şəhid olan hərbi qulluqçu Səbuhi Gündüz oğlu Tağıyevin nəşi Naxçıvana aparılıb.
APA xəbər verir ki, Naxçıvan Beynəlxalq Hava Limanında şəhidin qarşılanma mərasimi keçirilib.
Şəhidin qarşılanma mərasimində Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli də iştirak edib.
Şəhid Tağıyev Səbuhi Gündüz oğlu bu gün Şahbuz rayonunun Badamlı qəsəbəsində dəfn olunacaq.
Qeyd edək ki, Səbuhi Tağıyev 1998-ci ildə Şahbuz rayonunun Şada kəndində anadan olub. Ailəsi hazırda Badamlı qəsəbəsində yaşayır.