Bank Of Baku

Emin Əmrullayev məktəblərdə vakansiyaların gizlədilməsinin mümkün olacağına inanmır

Emin Əmrullayev məktəblərdə vakansiyaların gizlədilməsinin mümkün olacağına inanmır
# 11 aprel 2023 17:13 (UTC +04:00)

Məktəblərdə vakansiyaların gizlədilməsinin mümkün olacağına inanmıram.

APA xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında elm və təhsil naziri Emin Əmrullayev deyib.

O bildirib ki, hazırda təhsil müəssisələrində vakansiyaların hesablanması Elm və Təhsil Nazirliyində tamamilə avtomatlaşıb:

"Vakansiyaların gizlədilməsi hallarına inanmıram. Sadəcə olaraq bəzi məktəblərimizdə müəllim sayı zəruri olduğundan çoxdur. 4 sinifə 24 müəllim düşən məktəblərimiz var. Belə olduğu halda hansısa müəllim pensiyaya çıxanda, biz o yerə vakansiya elan etmirik. Bəzən anlaşmazlıq yaranır ki, filan məktəbdə hansısa müəllim gedib, lakin yeri vakansiyaya çıxarılmayıb. Belə istisna halların izahı var. MİQ-lə bağlı vakansiyalar yay aylarının əvvəlində elan ediləcək".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR