“Fikrimcə ali təhsil müəssisələri müstəqil olmalıdır, lakin hesabatlılıq təmin edilməlidir”.
APA xəbər verir ki, bunu Avropa Ali Təhsil Məkanında Keyfiyyətin Təminatı üzrə Assosiasiyayanın (ENQA) prezidenti Douglas Blackstock Təhsildə Keyfiyyət Təminatı Agentliyinin fəaliyyətinin Avropa Ali Təhsil məkanında keyfiyyət təminatı üzrə standart və təlimatlara uyğun təşkili adlı kollegiyal məşvərət iclasında deyib.
“Kimsə gəlib sizə nə etməli olduğunuzu deməməlidir. Elə təsisat yaradılmalıdır ki, tələbələr çalışdığı və yaşadığı mühiti anlasın və cəmiyyətə dəstək barədə düşünsünlər. Siz TKTA olaraq bütün təhsil qurumlarının hesabatlarını oxumalı və hansı çatışmazlıqların olduğunu müəyyənləşdirməlisiniz. Həmçinin rəy sistemi təkmiləşdirilməlidir".