Bank Of Baku

EQAR direktoru: Təhsildə Keyfiyyət Təminatı Agentliyi dəyişilə bilən olmalıdır

EQAR direktoru: Təhsildə Keyfiyyət Təminatı Agentliyi dəyişilə bilən olmalıdır
# 17 aprel 2023 14:58 (UTC +04:00)

TKTA-nın istifadə etdiyi sənədlər çox kompleksdir. Asanlıqla adaptasiya olunub, dəyişilə bilən olmalıdır. Əsas məsələlərdən biri də kənar keyfiyyət təminatı sisteminin tanınmasıdır.

APA xəbər verir ki, bunu Avropa Ali Təhsil Məkanında Keyfiyyətin Təminatı üzrə Reyestr Təşkilatının (EQAR) direktoru Colin Tück Təhsildə Keyfiyyət Təminatı Agentliyinin fəaliyyətinin Avropa Ali Təhsil məkanında keyfiyyət təminatı üzrə standart və təlimatlara uyğun təşkili adlı kollegiyal məşvərət iclasında deyib.

O bildirib ki, Keyfiyyət Təminatı Agentlikləri çox zaman dəyişiklik etmək istəsələr də, qanunvericilik və kənar təlimat sənədləri tərəfindən onların işi məhdudlaşdırılır:

"Elə müddəalar qəbul olunmalıdır ki, müstəqillik təmin olunsun. Bəzən agentliklər çalışdıqları mühitin hüquqi çərçivəsini dəyişməkdə acizdirlər".

Agentliyin müstəqillik məsələsinə gəlincə isə o bildirib ki, hökumət və nazirlik təkbaşına bütün təyin olunmuş şəxslər üzərində nəzarəti özündə saxlamamalıdır.

"Əksər hallarda təyinatla bağlı son qərarı nazirlik verir. Belə hesab edirəm ki, 5 il və daha artıq çalışmış şəxslər cinayət halı olmadığı təqdirdə işindən kənarlaşdırılmamalıdır. Agentliklər müstəqil şəkildə metodologiya müəyyənləşdirməli və özü keyfiyyət təminatına nəzarət edib, hesabatı maraqlı tərəflərə təqdim etməlidirlər".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR