"Elm və Təhsil Nazirliyi tabeliyindəki yeni agentliklər mövcud resurslar hesabına yaradılır. Heç kimi incitməyəcəyik. İndiki mərhələdə yerləşmələri üçün müvafiq yer tapacağıq".
Bunu APA-ya açıqlamasında elm və təhsil nazirinin müavini Həsən Həsənli deyib.
O bildirib ki, lakin sonradan fəaliyyət genişləndikcə onlar üçün ayrıca yer düşünüləcək.
Nazir müavininin hansı sahəni kurasiya etdiyi ilə bağlı suala gəlincə isə nazirliyin strukturunda dəyişiklik gözlənildiyindən hələlik bölgünün təsdiq olunmadığını, iki-üç ay sonra dəqiqləşəcəyini deyib.