"Fənərbaxça" Yussuf En-Nesrini 19,5 milyon avroya transfer etdiyini açıqlayıb

Yussuf En-Nesri

© APA | Yussuf En-Nesri

# 25 iyul 2024 14:08 (UTC +04:00)

Türkiyə Super Liqa nəhənglərindən "Fənərbaxça" Yussuf En-Nesrinin transferi üçün "Sevilya" ilə anlaşıb.

Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

"Sarı-göylü" komandadan verilən açıqlamada "Sevilya"ya 19 milyon 500 min avroluq transfer haqqı ödəniləcəyi qeyd edilib. Bildirilib ki, bu ödəniş 4 il ərzində 8 hissəyə bölünəcək.

Beləliklə, "Fənərbaxça" 2000-ci ildə "Qalatasaray"ın 17 milyon avroya transfer etdiyi Mario Jardeli ötərək Super Liqa tarixinin ən bahalı transferini reallaşdırıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR