Füzuli rayonu işğaldan azad edildikdən sonra 62 inzibati ərazi vahidində aparılmış ekoloji monitorinq zamanı Ermənistanın işğalı dövründə meşə fonduna aid olmayan 5 688 ədəd ağac və kolun, 124 hektar meşə fondu sahəsinin meşə ilə örtülü 2 hektarının, 1982-ci ildə qeydiyyata alınmış təbiət abidəsi statuslu 11 ədəd qədim ağacın (Şərq çinarı) hamısı məhv edilib.
APA xəbər verir ki, bu barədə Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin nəzdində fəaliyyət göstərən İşçi qrupun Füzuli Hava Limanının inzibati binasında keçirilən iclasında deyilib.
Bildirilib ki, 90-cı illərdə dövlət və sahə balansında qeydiyyata alınmış 6 mineral xammal yatağından 3-nün istismar olunduğu məlum olub.