Bank Of Baku

Gəncədə Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı konsert olub - FOTO

Gəncədə Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı konsert olub - FOTO
# 11 may 2023 13:01 (UTC +04:00)

Mayın 10-da Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə Gəncə Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə konsert proqramı keçirilib.

İH-dən APA-ya verilən məlumata görə, Heydər Əliyev “Park-Xiyaban” Kompleksindəki “Zəfər Tağın”nın önündə keçirilən konsertdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki Baş konsulu Recep Öztop, millət vəkilləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, idarə, müəssisə, təşkilat rəhbərləri, şəhid ailələri, müharibə iştirakçıları və şəhər sakinləri iştirak ediblər.

Konsertdən əvvəl Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin və Azərbaycan Velosiped Federasiyasının birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi münasibətilə veloyürüş keçirilib. Şəhərin mərkəzindən start götürən veloyürüş Heydər Əliyev Mərkəzinin önündə yekunlaşıb. Burada rəsmilər və veloyürüş iştirakçıları Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə tər çiçəklər düzüb, əziz xatirəsinə dərin ehtiramlarını ifadə ediblər. Daha sonra püşkatma vasitəsilə bir iştirakçıya velosiped hədiyyə olunub.

Tədbir Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin təşkil etdiyi sərgi ilə davam edib. Sərgidə STEAM Mərkəzinin, o cümlədən Gəncə şəhərində fəaliyyət göstərən ümumtəhsil orta məktəblərinin, məktəbəqədər təhsil müəssisələrinin, Gəncə şəhər Uşaq Gənclər İnkişaf Mərkəzinin və digər müəssisələrin təqdimatında bir-birindən maraqlı əl işləri və rəsm əsərləri nümayiş olunub.

Konsert proqramında Gəncə Dövlət Filarmoniyasının solistləri Azərbaycan Respublikasının Xalq artisti Şahnaz Haşımova, Əməkdar mədəniyyət işçisi Mehparə Cəfərova, solistlər Vasif Bayramov, İlham Qasımov, Rövşən Məmmədov, Rüstəm Cəfərov Ulu Öndər Heydər Əliyevə, həmçinin müstəqil Azərbaycana həsr olunan vətənpərvər ruhlu mahnılar ifa ediblər. Bədii rəhbəri Sahil Quliyev və baletmeysteri Sənan Cavadov olan F. Əmirov adına Gəncə Dövlət Filarmoniyasının “Göygöl” Dövlət Mahnı və Rəqs ansamblının, həmçinin “Xəmsə” uşaq rəqs ansamblının təqdim etdiyi rəqslər tamaşaçılar tərəfindən maraqla qarşılanıb.

Daha sonra Türkiyənin məşhur müğənnisi Rafet El Roman repertuarında yer alan sevilən mahnıları ifa edib. Türkiyəli müğənni konsertin sonunda sözləri Baba Vəziroğlu, musiqisi Kamala aid Ulu Öndərə həsr olunmuş “Sən elə bir zirvəsən” mahnısını təqdim edib. Mahnının sədaları altında səhnədə quraşdırılmış ekranda Ümummilli Lider Heydər Əliyevin həyat yoluna həsr olunan videoçarx nümayiş etdirilib.

Konsert proqramı möhtəşəm atəşfəşanlıqla yekunlaşıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR