Bank Of Baku

Gəncədə Zərifə Əliyevanın xatirəsinə həsr edilmiş fləşmob keçirilib

Gəncədə Zərifə Əliyevanın xatirəsinə həsr edilmiş fləşmob keçirilib
# 28 aprel 2023 21:08 (UTC +04:00)

Gəncə Şəhər İcra Hakimiyyətinin, YAP Gəncə şəhər təşkilatının və Kəpəz bələdiyyəsinin birgə təşkilatçılığı ilə görkəmli alim Zərifə xanım Əliyevanın xatirəsinə həsr edilmiş fləşmob keçirilib.

APA-nın xəbərinə görə, Heydər Əliyev Meydanında 2500 nəfərin iştirakı ilə baş tutan fləşmobda könüllülər, şəhərin ali təhsil müəssisələrinin gəncləri ”Zərifə Əliyeva-100” yazısı olan canlı simvol yaradıblar.

Qeyd edək ki, 28 aprel görkəmli elm xadimi, tibb elminə çox böyük töhfələr vermiş, tanınmış ictimai xadim, həkim-oftalmoloq Zərifə xanım Əliyevanın anadan olmasının 100-cü ildönümüdür.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR