Bank Of Baku

Geomaqnit sahəsinin qeyri-stabil olacağı proqnozlaşdırılır

Geomaqnit sahəsinin qeyri-stabil olacağı proqnozlaşdırılır
# 15 may 2023 11:39 (UTC +04:00)

Hesabat dövrü ərzində Günəşin aktivliyi əvvəlki tempdə davam edərək, 3 C sinifli və 3 M sinifli alışma baş verib.

Bu barədə APA-ya Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib. Bildirilib ki, hazırda Günəşin səthində 7 ləkə qrupu və 109 ləkə var:

"Hesabat dövründə mayın 7-də və 9-da baş vermiş Tac Kütlə Atılmalarının təsiri ilə hesabat dövrü ərzində geomaqnit sahəsi aktiv olub və həftə ərzində ardıcıl olaraq G1 səviyyəli qasırğalar qeydə alınıb. Hal-hazırda geomaqnit sahəsi sakitdir".

Bildirilib k, Günəş küləyinin sürətinin normala dönəcəyi, 12 mayda baş vermiş Tac Kütlə Atılmalarının təsiri ilə 16 maydan başlayaraq yenidən sürətlənəcəyi proqnozlaşdırılır:

"Geomaqnit sahəsinin 16 maydan başlayaraq proqnoz dövrünün sonunadək qeyri-stabil olacağı proqnozlaşdırılır".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR