Mayın 10-da Azərbaycan dövlətinin memarı, dünya şöhrətli siyasi xadim, böyük tarixi şəxsiyyət, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə “Gilan Holdinq”in kollektivi Fəxri xiyabanı ziyarət edib.
APA xəbər verir ki, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin məzarı önünə əklillər və gül dəstələri qoyulub, əziz xatirəsi dərin hörmət və ehtiramla yad edilib.