Güclü külək Göyçay rayonunda da fəsadlar törədib.
APA-nın Şirvan bürosu xəbər verir ki, bu gün əsən güclü külək nəticəsində rayon ərazisində bir neçə ağac kökündən qoparaq dam örtüyü və yol kənarında piyada keçidlərinə ciddi ziyan vurub.
Külək nəticəsində aşan ağaclardan biri əczaxananın dam örtüyünü yararsız hala salıb.
Hazırda ərazidə təmizləmə işləri aparılır.
Rayonda elektrik enerjisinin verilməsində də fasilələr yaranıb.
İlham Əhmədov