Gürcüstanda zəlzələ olub, Azərbaycanın sərhəd rayonlarında da hiss edilib - YENİLƏNİB

Gürcüstanda zəlzələ olub, Azərbaycanın sərhəd rayonlarında da hiss edilib - YENİLƏNİB
# 22 iyul 2024 12:37 (UTC +04:00)

Gürcüstan Milli Seysmik Monitorin Mərkəzi Azərbaycanla sərhəddə yerləşən Deoplistkaro munisipaliteti yaxınlığında zəlzələnin baş verməsi ilə bağlı məlumat yayıb.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, Mərkəz Tbilisi vaxtı ilə 12:08-də qeydə alınmış zəlzələnin episentrinin Deoplistkaronun şimal-qərbində yerləşən Leninovka kəndinin 3 kilometrliyində qeydə alındığını açıqlayıb. Zəlzələ 4,9 bal gücündə olub. Dağıntı və tələfat barədə məlumat yoxdur.

Yeraltı təkanlar paytaxt Tbilisidə də hiss olunub

Qeyd edək ki, zəlzələ Azərbaycanın sərhəd rayonlarında, Ağstafa, Tovuz, Balakən, Zaqatala, Gəncə, Gədəbəy və digər rayonlarda 4-3 bala qədər hiss olunub

***

12:15

Gürcüstan ərazisində zəlzələ qeydə alınıb.

Bu barədə APA-ya Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.

"Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, Gürcüstan ərazisində zəlzələ qeydə alınıb. Zəlzələ Azərbaycanın sərhəd rayonlarında, Ağstafa, Tovuz, Balakən, Zaqatala, Gəncə, Gədəbəy və digər rayonlarda 4-3 bala qədər hiss olunub", - deyə məlumatda qeyd edilib.

Bildirilib ki, zəlzələ yerli vaxtla 12:08-də 15 km dərinlikdə qeydə alınıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR