Bank Of Baku

Heyvan cəmdəyinin satışa çıxarılmasının qarşısı alınıb

Heyvan cəmdəyinin satışa çıxarılmasının qarşısı alınıb
# 15 may 2023 12:22 (UTC +04:00)

Qida Təhlükəsizliyi Agentliyinin müfəttişləri tərəfindən Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birgə Gəncə şəhər ərazisində keçirilmiş reyd zamanı Allaverdiyev Keyti Məhəmmədəli oğluna məxsus “Chevorlet Niva” markalı 32-BH-549 dövlət qeydiyyat nişanlı avtomobilin yük yerində baytarlıq-sanitariya ekspertizasından keçirilməyən, kəskin qoxuya malik 1 baş (93 kq) ölmüş iribuynuzlu heyvan cəmdəyi aşkarlanıb.

Qurumdan APA-ya verilən xəbərə görə, ilkin araşdırmalar nəticəsində istehlaka yarasız ət məhsulunun satış məqsədilə Daşkəsən rayonundan gətirildiyi məlum olub.

Faktla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb. Araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR