Bank Of Baku

İçində erməni əsilli sakinlər olan BQXK maşınları Laçın-Xankəndi yolundan maneəsiz keçib - YENİLƏNİB

İçində erməni əsilli sakinlər olan BQXK maşınları Laçın-Xankəndi yolundan maneəsiz keçib - YENİLƏNİB
# 11 aprel 2023 17:59 (UTC +04:00)

Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz olaraq aksiyanın keçirildiyi Laçın-Xankəndi yolundan mülki avtomobillərin sərbəst keçidi davam edir.

APA-nın Şuşaya ezam olunan müxbiri xəbər verir ki, Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) məxsus maşınlar aksiya keçirilən ərazidən növbəti dəfə maneəsiz keçid edib. Laçın istiqamətindən gələn 5 yük, 8 minik avtomobili Xankəndiyə doğru gedib. Minik avtomobillərində erməni əsilli sakinlər olub.

Həmin maşınlar səhər saatlarında Xankəndidən Laçına keçmişdi.

***

09.23

Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz olaraq aksiyanın keçirildiyi Laçın-Xankəndi yolundan mülki avtomobillərin sərbəst keçidi davam edir.

APA-nın Şuşaya ezam olunan müxbiri xəbər verir ki, Xankəndindən gələn Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) məxsus 8 minik, 5 yük avtomobili Laçın istiqamətinə maneəsiz keçid edib.

Minik avtomobillərində erməni əsilli sakinlər olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR