Bank Of Baku

İlin ilk Günəş tutulması başa çatıb - YENİLƏNİB

İlin ilk Günəş tutulması başa çatıb  - YENİLƏNİB
# 20 aprel 2023 10:59 (UTC +04:00)

İlin ilk tutulma hadisəsi - Günəş tutulması başa çatıb.

Şamaxı Astrofizika Rəsədxanasından APA-ya verilən xəbərə görə, bu tutulma hibrid Günəş tutulmasıdır. Hibrid Günəş tutulması mərkəzi tutulma trayektoriyası boyunca müşahidəçinin mövqeyindən asılı olaraq halqavari və ya tam Günəş tutulmasının müşahidə olunmasıdır.

Tutulma hadisəsi yerli vaxtla saat 05:34-də başlayıb, saat 10:59-da isə sona çatıb. Ümumilikdə 5 saat 25 dəqiqə davam edən tutulmanın maksimumu saat 08:16-da olub.

Qeyd edək ki, ilin ilk Günəş tutulması Cənub-Şərqi Asiya, Avstraliya, Sakit okean, Hind okeanı və Antarktidada müşahidə olunub. Azərbaycan ərazisində isə müşahidə olunmayıb.

***

05:34

İlin ilk tutulma hadisəsi - Günəş tutulması başlayıb.

Şamaxı Astrofizika Rəsədxanasından APA-ya verilən xəbərə görə, bu tutulma hibrid Günəş tutulmasıdır. Hibrid Günəş tutulması mərkəzi tutulma trayektoriyası boyunca müşahidəçinin mövqeyindən asılı olaraq halqavari və ya tam Günəş tutulmasının müşahidə olunmasıdır.

Tutulma hadisəsi yerli vaxtla saat 05:34-də başlayıb, saat 10:59-da isə sona çatacaq. Ümumilikdə 5 saat 25 dəqiqə davam edəcək tutulmanın maksimumu saat 08:16-da olacaq.

Qeyd edək ki, ilin ilk Günəş tutulması Cənub-Şərqi Asiya, Avstraliya, Sakit okean, Hind okeanı və Antarktidada müşahidə olunacaq. Azərbaycan ərazisində isə müşahidə olunmayacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR