Astara Sərhəd gömrük keçid məntəqəsindən Azərbaycan və xarici ölkə vətəndaşlarının keçidi davam edir.
APA-nın xəbərinə görə, İrandan Azərbaycan sərhədi ilə təxliyə zamanı Tacikistan vətəndaşı olan xanımın səhhətində problem yaranıb.
O, məntəqədə olan həkimə müraciət edib. Həkimlər tərəfindən Tacikistan vətəndaşına zəruri ilkin tibbi yardım göstərilib.