Bank Of Baku

İyunda gələn il üçün ali məktəblərin reytinqləri açıqlanacaq

İyunda gələn il üçün ali məktəblərin reytinqləri açıqlanacaq
# 17 aprel 2023 15:27 (UTC +04:00)

İyunun əvvəlində 2024-cü il üçün ali məktəblərin reytinqləri açıqlanacaq.

APA xəbər verir ki, bunu elm və təhsil naziri Emun Əmrullayev deyib.

O bildirib ki, bunun araxasında da böyük hesabatlar dayanır və ali məktəblərlə ünsiyyətimizin əsasını təşkil edir:

"Məsələn bəzi universitetlərimizdə akademik nəticələr daha yuxarı, işəgötürmə faizi aşağı, xarici tələbə sayı azdır. Bəzilərində isə akademik nəticə aşağı olsa da, işəgötürmə faizinə görə reytinqdə yer alır. Bizim universitetlərdə özümüzəməxsus problemimiz var. Azərbaycandakı universitetlər çox dar çərçivədədir. Ona görə də top reytinqə düşmələri çox çətindir. Məsələn, Azərbaycan Dillər Universiteti müasir dillərin tədrisinə görə, 200 universitet arasındadır. Lakin başqa bir sahəsi yoxdur ki, reytinqlərdə digər universitetlərin sırasına düşsün".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR