Bank Of Baku

Kəmaləddin Heydərov Sumqayıtda vətəndaşları qəbul edəcək

Kəmaləddin Heydərov Sumqayıtda vətəndaşları qəbul edəcək
# 17 aprel 2023 16:35 (UTC +04:00)

Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov tərəfindən aprelin 20-də Sumqayıt şəhərində, Nazirliyin Sumqayıt Regional Mərkəzinin binasında saat 10:00-dan Sumqayıt şəhəri və Qubadlı rayonu sakinlərinin qəbulu keçiriləcək.

APA xəbər verir ki, bu barədə FHN-in mətbuat xidmətindən bildirilib.

Məlumata görə, qəbula gələn vətəndaşların qeydiyyatı 19 aprel 2023-cü il tarixdə Sumqayıt Regional Mərkəzinin binasında saat 09.00-da başlayacaq.

Qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin səlahiyyətlərinə aid müraciətlərə baxılacaq.

Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.

Əlaqə:

tel: +994 (12) 512-01-14

e-mail: [email protected]

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR