Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının, xüsusilə "Qızılbulaq" qızıl və "Dəmirli" mis-molibden yataqlarının qanunsuz istismarına etiraz olaraq ekofəallar və QHT təmsilçiləri Şuşa şəhərində - Laçın-Xankəndi yolunda aksiyanı davam etdirir.
APA-nın Şuşaya ezam olunmuş müxbiri xəbər verir ki, hava şəraitinin duman və çiskinli olmasına baxmayaraq ictimai fəallar aksiyanı gecə boyu da davam etdirib. Bu gün də günə Azərbaycan Dövlət Himnin səsləndirməklə başlayıb.
Qeyd edək ki, aksiya ötən il dekabrın 12-dən başlayıb, 129 gündür davam edir.