Bank Of Baku

Laçın - Xankəndi yolundakı aksiyada dünya ictimaiyyətinə çağırış edilib - FOTO

Laçın - Xankəndi yolundakı aksiyada dünya ictimaiyyətinə çağırış edilib - FOTO
# 17 aprel 2023 16:43 (UTC +04:00)

Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı Laçın - Xankəndi yolunda keçirilən etiraz aksiyasında canlanma müşahidə olunub.

APA-nın Şuşaya ezam olunan müxbiri xəbər verir ki, toplanış yerində etirazçıların tələbləri dəyişməz olaraq qalır.

Hazırda eko-fəallar və gənc könüllülər Laçın - Xankəndi yolunun Şuşa şəhər ərazisindən keçən hissəsində “Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!”, “Azərbaycan vahiddir, sərvətinə sahibdir!”, “Ekoloji cinayətə son!”, “Stop ekoterror!”, "Берегите природу!", "Экоциду нет! Мониторингу да!" şüarlarını səsləndirirlər.

Aksiya iştirakçıları bildirib ki, Laçın- Xankəndi yolunun aksiya keçirilən ərazidə hərəkətə heç bir maneə yoxdur. Yol humanitar məqsədlər üçün tam olaraq açıqdır.

Xatırladaq ki, Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Şuşadan keçən Laçın - Xankəndi yolunda etiraz aksiyası keçirilir.

Aksiya ötən ilin dekabrın 12-dən etibarən başlayıb və 127 gündür davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR