Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz olaraq aksiyanın keçirildiyi Laçın-Xankəndi yolundan mülki avtomobillərin sərbəst keçidi davam edir.
APA-nın Şuşaya ezam olunan müxbiri xəbər verir ki, səhər saatlarında Xankəndidən gəlib Laçın istiqamətinə keçən Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) məxsus maşınlar geri qayıdıb. Xankəndiyə doğru gedən 2 minik, 3 yük avtomobili aksiya keçirilən ərazidən maneəsiz keçid edib.
***
12.33
Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz olaraq aksiyanın keçirildiyi Laçın-Xankəndi yolundan mülki avtomobillərin sərbəst keçidi davam edir.
APA-nın Şuşaya ezam olunan müxbiri xəbər verir ki, Xankəndidən gələn Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) məxsus 2 minik, 3 yük maşını Laçın istiqamətinə maneəsiz keçid edib.