Bank Of Baku

Laçın-Xankəndi yolundan BQXK-nın içində erməni sakinlər olan maşınları keçib - YENİLƏNİB

Laçın-Xankəndi yolundan BQXK-nın içində erməni sakinlər olan maşınları keçib - YENİLƏNİB
# 19 aprel 2023 16:04 (UTC +04:00)

Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz olaraq aksiyanın keçirildiyi Laçın-Xankəndi yolundan mülki avtomobillərin sərbəst keçidi davam edir.

APA-nın Şuşaya ezam olunan müxbiri xəbər verir ki, Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) məxsus 8 minik, 4 yük maşını Laçın istiqamətindən Xankəndiyə keçid edib. Həmin maşınlar səhər saatlarında Laçına getmişdi. Minik avtomobillərində erməni əsilli sakinlər olub.

***

09.38

Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz olaraq aksiyanın keçirildiyi Laçın-Xankəndi yolundan mülki avtomobillərin sərbəst keçidi davam edir.

APA-nın Şuşaya ezam olunan müxbiri xəbər verir ki, Xankəndindən gələn Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) məxsus 8 minik, 5 yük maşını Laçın istiqamətinə maneəsiz keçid edib.

Minik avtomobillərində erməni əsilli sakinlər olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR