Bank Of Baku

Laçın-Xankəndi yolundan BQXK-nın maşın karvanı keçib - FOTO - YENİLƏNİB

Laçın-Xankəndi yolundan BQXK-nın maşın karvanı keçib  - FOTO   - YENİLƏNİB
# 15 aprel 2023 16:12 (UTC +04:00)

Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz olaraq aksiyanın keçirildiyi Laçın-Xankəndi yolundan mülki avtomobillərin sərbəst keçidi davam edir.

APA-nın Şuşaya ezam olunan müxbiri xəbər verir ki, Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) məxsus maşın karvanı maneəsiz keçid edib. Laçın istiqamətindən gələn karvan 8 minik, 6 yük maşınından ibarət olub.

***

09:27

Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz olaraq aksiyanın keçirildiyi Laçın-Xankəndi yolundan mülki avtomobillərin sərbəst keçidi davam edir.

APA-nın Şuşaya ezam olunan müxbiri xəbər verir ki, Xankəndindən gələn Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) məxsus 8 minik, 1 yük maşını Laçın istiqamətinə maneəsiz keçid edib. Minik avtomobillərində erməni əsilli sakinlər olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR