Bank Of Baku

Laçın-Xankəndi yolundan içində erməni əsilli sakinlər olan BQXK avtomobilləri keçib - VİDEO - YENİLƏNİB

Laçın-Xankəndi yolundan içində erməni əsilli sakinlər olan BQXK avtomobilləri keçib - VİDEO  - YENİLƏNİB
# 28 aprel 2023 15:55 (UTC +04:00)

Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz olaraq aksiyanın keçirildiyi Laçın-Xankəndi yolundan mülki avtomobillərin sərbəst keçidi davam edir.

APA-nın Şuşaya ezam olunan müxbiri xəbər verir ki, Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) məxsus maşın karvanı Laçından Xankəndiyə doğru keçid edib.

Həmin maşınlar səhər saatlarında Xankəndidən Laçına doğru getmişdilər.

***

09.22

Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz olaraq aksiyanın keçirildiyi Laçın-Xankəndi yolundan mülki avtomobillərin sərbəst keçidi davam edir.

APA-nın Şuşaya ezam olunan müxbiri xəbər verir ki, Xankəndindən gələn Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) məxsus 8 minik, 4 yük maşını Laçın istiqamətinə getmək üçün aksiya keçirilən əraziyə yaxınlaşıb.

Minik avtomobillərində erməni əsilli sakinlər var.

BQXK avtomobillərinin maneəsiz keçidi baş tutub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR