Bank Of Baku

Laçın-Xankəndi yolundan içində erməni əsilli sakinlər olan RSK maşınları keçib - FOTO - YENİLƏNİB

# 22 aprel 2023 12:21 (UTC +04:00)

Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz olaraq aksiyanın keçirildiyi Laçın-Xankəndi yolundan Rusiya sülhməramlı kontingentinə (RSK) məxsus avtomobillərin sərbəst keçidi davam edir.

APA-nın Şuşaya ezam olunan müxbiri xəbər verir ki, RSK-ya məxsus avtomobillər növbəti dəfə aksiya keçirilən ərazidən maneəsiz keçid edib. Xankəndidən gələn 1 minik, 1 yük və 1 sərnişin daşıyan hərbi maşın Laçın istiqamətinə gedib. Sərnişin daşıyan hərbi avtomobildə erməni əsilli sakinlər olub.

***

10.23

Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz olaraq aksiyanın keçirildiyi Laçın-Xankəndi yolundan Rusiya sülhməramlı kontingentinə (RSK) məxsus avtomobillərin sərbəst keçidi davam edir.

APA-nın Şuşaya ezam olunan müxbiri xəbər verir ki, bir qədər əvvəl RSK-ya məxsus avtomobillər yoldan maneəsiz keçid edib. Xankəndidən gələn 30 maşından ibarət karvan aksiya keçirilən ərazidən keçid edərək Laçın istiqamətinə gedib.

***

09.12

Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz olaraq aksiyanın keçirildiyi Laçın-Xankəndi yolundan Rusiya sülhməramlı kontingentinə (RSK) məxsus avtomobillərin sərbəst keçidi davam edir.

APA-nın Şuşaya ezam olunan müxbiri xəbər verir ki, RSK-ya məxsus avtomobillər aksiya keçirilən ərazidən növbəti dəfə maneəsiz keçid edib. Xankəndidən gələn 5 yük maşını Laçın istiqamətinə gedib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR