Bank Of Baku

Laçın-Xankəndi yolundan RSK avtomobillərinin növbəti keçidi olub - YENİLƏNİB-1 - FOTO

Laçın-Xankəndi yolundan RSK avtomobillərinin növbəti keçidi olub - YENİLƏNİB-1  - FOTO
# 27 aprel 2023 19:37 (UTC +04:00)

Laçın-Xankəndi yolundan Rusiya sülhməramlı kontingentinə (RSK) məxsus avtomobillərin maneəsiz keçidinə şərait yaradılıb.

APA-nın Şuşaya ezam olunan müxbiri xəbər verir ki, Rusiya sülhməramlı kontingentinə (RSK) məxsus avtomobil karvanı maneəsiz keçid edib.

Laçın istiqamətində gələn 1 minik, 24 yük maşını aksiya keçirilən yoldan maneəsiz keçərək Xankəndiyə gedib. Xankəndindən gələn 2 yük maşını Laçın istiqamətinə hərəkət edib.

***

12:16

Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz olaraq aksiyanın keçirildiyi Laçın-Xankəndi yolundan Rusiya sülhməramlı kontingentinə (RSK) məxsus avtomobillərin sərbəst keçidi davam edir.

APA-nın Şuşaya ezam olunan müxbiri xəbər verir ki, RSK-ya məxsus 1 minik, 2 şəxsi heyət daşıyan hərbi maşın, 1 yük maşını aksiya keçirilən ərazidən manesiz keçid edib. Xankəndidən gələn avtomobillər Laçın istiqamətinə hərəkət edib. Avtomobillərdə erməni əsilli sakinlər olub.

***

08.33

Laçın-Xankəndi yolundan Rusiya sülhməramlı kontingentinə (RSK) məxsus avtomobillərin maneəsiz keçidinə şərait yaradılıb.

APA-nın Şuşaya ezam olunan müxbiri xəbər verir ki, Rusiya sülhməramlı kontingentinə (RSK) məxsus avtomobil karvanı manesiz keçid edib. Xankəndindən gələn 1 minik, 27 yük maşını aksiya keçirilən yoldan maneəsiz keçərək Laçın istiqamətinə hərəkət edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR