Bank Of Baku

Laçın-Xankəndi yolundan RSK-nın 45 maşından ibarət karvanı keçib - FOTO - YENİLƏNİB-1

# 25 aprel 2023 12:42 (UTC +04:00)

Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz olaraq aksiyanın keçirildiyi Laçın-Xankəndi yolundan Rusiya sülhməramlı kontingentinə (RSK) məxsus avtomobillərin sərbəst keçidi davam edir.

APA-nın Şuşaya ezam olunan müxbiri xəbər verir ki, RSK-ya məxsus avtomobil karvanı aksiya keçirilən ərazidən maneəsiz keçid edib. Xankəndidən gələn 3 minik, 42 yük maşını Laçın istiqamətinə hərəkət edib.

***

12.01

Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz olaraq aksiyanın keçirildiyi Laçın-Xankəndi yolundan Rusiya sülhməramlı kontingentinə (RSK) məxsus avtomobillərin sərbəst keçidi davam edir.

APA-nın Şuşaya ezam olunan müxbiri xəbər verir ki, RSK-ya məxsus avtomobillər növbəti dəfə aksiya keçirilən ərazidən maneəsiz keçid edib. Xankəndidən gələn 1 minik, 1 şəxsi heyət daşıyan hərbi maşın və 1 yük maşını Laçın istiqamətinə gedib. Sərnişin daşıyan maşında mülki ermənilər olub.

***

10.21

Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz olaraq aksiyanın keçirildiyi Laçın-Xankəndi yolundan Rusiya sülhməramlı kontingentinə (RSK) məxsus avtomobillərin sərbəst keçidi davam edir.

APA-nın Şuşaya ezam olunan müxbiri xəbər verir ki, RSK-ya məxsus Xankəndidən gələn 1 hərbi texnika və 1 yük maşını aksiya keçirilən yoldan maneəsiz keçərək Laçın istiqamətinə gedib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR