Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz olaraq aksiyanın keçirildiyi Laçın-Xankəndi yolundan Rusiya sülhməramlı kontingentinə (RSK) məxsus avtomobillərin sərbəst keçidi davam edir.
APA-nın Şuşaya ezam olunan müxbiri xəbər verir ki, bir qədər əvvəl RSK-ya məxsus Laçın istiqamətindən gələn maşın karvanı aksiya keçirilən ərazidən maneəsiz keçid edib. Karvan 1 minik, 7 yük maşınından ibarət olub. Maşın karvanı Xankəndiyə gedib.
***
13.16
Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz olaraq aksiyanın keçirildiyi Laçın-Xankəndi yolundan Rusiya sülhməramlı kontingentinə (RSK) məxsus avtomobillərin sərbəst keçidi davam edir.
APA-nın Şuşaya ezam olunan müxbiri xəbər verir ki, RSK-ya məxsus Laçın istiqamətindən gələn maşın karvanı aksiya keçirilən ərazidən maneəsiz keçid edib. 4 minik, 6 yük maşınından ibarət karvan Xankəndiyə gedib.
***
12.18
Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz olaraq aksiyanın keçirildiyi Laçın-Xankəndi yolundan Rusiya sülhməramlı kontingentinə (RSK) məxsus avtomobillərin sərbəst keçidi davam edir.
APA-nın Şuşaya ezam olunan müxbiri xəbər verir ki, RSK-ya məxsus avtomobillər növbəti dəfə yoldan maneəsiz keçid edib. Son bir saatda Xankəndidən gələn 39 avtomobil (minik, yük, yanacaq və şəxsi heyət daşıyan maşınlar) aksiya keçirilən yerdən keçid edərək Laçın istiqamətinə gedib. Sərnişin daşıyan hərbi avtobuslarda mülki şəxslər olub.
***
11.02
Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz olaraq aksiyanın keçirildiyi Laçın-Xankəndi yolundan Rusiya sülhməramlı kontingentinə (RSK) məxsus avtomobillərin sərbəst keçidi davam edir.
APA-nın Şuşaya ezam olunan müxbiri xəbər verir ki, RSK-ya məxsus Laçından gələn 2 yük, 2 şəxsi heyət daşıyan avtomobil aksiya keçirilən yoldan keçid edərək Xankəndiyə gedib.
***
09.44
Laçın-Xankəndi yolundan Rusiya sülhməramlı kontingentinə (RSK) məxsus avtomobillərin maneəsiz keçidinə şərait yaradılıb.
APA-nın Şuşaya ezam olunan müxbiri xəbər verir ki, RSK-ya məxsus avtomobillər maneəsiz keçid edib.
Xankəndindən gələn 2 minik avtomobili aksiya keçirilən yoldan maneəsiz keçid edərək Laçın istiqamətinə hərəkət edib.