Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz olaraq aksiyanın keçirildiyi Laçın-Xankəndi yolundan Rusiya sülhməramlı kontingentinə (RSK) məxsus avtomobillərin sərbəst keçidi davam edir.
APA-nın Şuşaya ezam olunan müxbiri xəbər verir ki, RSK-ya məxsus maşın karvanı aksiya keçirilən ərazidən maneəsiz keçid edib. Laçın istiqamətindən Xankəndiyə doğru gedən karvan 1 minik, 30 yük maşınından ibarət olub.
***
12.40
Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz olaraq aksiyanın keçirildiyi Laçın-Xankəndi yolundan Rusiya sülhməramlı kontingentinə (RSK) məxsus avtomobillərin sərbəst keçidi davam edir.
APA-nın Şuşaya ezam olunan müxbiri xəbər verir ki, RSK-ya məxsus avtomobillər növbəti dəfə yoldan maneəsiz keçid edib. Xankəndidən gələn 1 minik, 5 yük avtomobil Laçın istiqamətinə hərəkət edib.