Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz olaraq aksiyanın keçirildiyi Laçın-Xankəndi yolundan Rusiya sülhməramlı kontingentinə (RSK) məxsus avtomobillərin sərbəst keçidi davam edir.
APA-nın Şuşaya ezam olunan müxbiri xəbər verir ki, RSK-ya məxsus avtomobillər aksiya keçirilən ərazidən növbəti dəfə maneəsiz keçid edib. Laçın istiqamətindən gələn maşın karvanı Xankəndiyə gedib. Karvan 1 minik, 24 yük maşınından ibarət olub.
***
09.36
Laçın-Xankəndi yolundan Rusiya sülhməramlı kontingentinə (RSK) məxsus avtomobillərin maneəsiz keçidinə şərait yaradılıb.
APA-nın Şuşaya ezam olunan müxbiri xəbər verir ki, Rusiya sülhməramlı kontingentinə (RSK) məxsus avtomobillər maneəsiz keçid edib.
Xankəndindən gələn 35 avtomobildən ibarət karvan aksiya keçirilən yoldan keçid edərək Laçın istiqamətinə gedib.