Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz olaraq aksiyanın keçirildiyi Laçın-Xankəndi yolundan Rusiya sülhməramlı kontingentinə (RSK) məxsus avtomobillərin sərbəst keçidi davam edir.
APA-nın Şuşaya ezam olunan müxbiri xəbər verir ki, bir qədər əvvəl aksiya keçirilən ərazidən Xankəndidən gələn RSK-ya məxsus 1 minik maşını və 2 Rusiya dövlət nömrə nişanlı minik avtomobilləri maneəsiz keçid edib. Avtomobillər Laçın istiqamətinə hərəkət edib.