Laçın-Xankəndi yolundan Rusiya sülhməramlı kontingentinə (RSK) məxsus daha bir maşın karvanının maneəsiz keçidinə şərait yaradılıb.
APA-nın Şuşaya ezam olunan müxbiri xəbər verir ki, Laçından gələn maşın karvanı Xankəndiyə gedib.
RSK-ya məxsus karvan 1 minik, 11 yük maşınından ibarət olub.
***
saat 12.45
Laçın-Xankəndi yolundan Rusiya sülhməramlı kontingentinə (RSK) məxsus daha bir maşın karvanının maneəsiz keçidinə şərait yaradılıb.
APA-nın Şuşaya ezam olunan müxbiri xəbər verir ki, Xankəndindən gəlib Laçın istiqamətinə gedən karvan 36 maşından ibarət olub.
***
saat 12.13
Laçın-Xankəndi yolundan Rusiya sülhməramlı kontingentinə (RSK) məxsus avtomobillərin maneəsiz keçidinə şərait yaradılıb.
APA-nın Şuşaya ezam olunan müxbiri xəbər verir ki, Xankəndindən gələn 1 minik, 9 yük maşını Laçın istiqamətinə hərəkət edib.
***
saat 12.02
Laçın-Xankəndi yolundan Rusiya sülhməramlı kontingentinə (RSK) məxsus avtomobillərin maneəsiz keçidinə şərait yaradılıb.
APA-nın Şuşaya ezam olunan müxbiri xəbər verir ki, Xankəndindən gələn 1 minik, 1 yük və 1 şəxsi heyət daşıyan avtomobil aksiya keçirilən yoldan maneəsiz keçid edərək Laçın istiqamətinə hərəkət edib.
Şəxsi heyət daşıyan maşında erməni əsilli sakinlər olub.
***
saat 09.55
Laçın-Xankəndi yolundan Rusiya sülhməramlı kontingentinə (RSK) məxsus avtomobillərin maneəsiz keçidinə şərait yaradılıb.
APA-nın Şuşaya ezam olunan müxbiri xəbər verir ki, Xankəndindən gələn yük, tibb və minik avtomobilləri aksiya keçirilən yoldan maneəsiz keçid edərək Laçın istiqamətinə hərəkət edib.