Bank Of Baku

Laçın-Xankəndi yolunun başlanğıcındakı sərhəd-buraxılış məntəqəsi elektriklə təmin olunub - VİDEO

Laçın-Xankəndi yolunun başlanğıcındakı sərhəd-buraxılış məntəqəsi elektriklə təmin olunub - VİDEO
# 24 aprel 2023 00:52 (UTC +04:00)

Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən ölkəmizin suveren ərazilərində, Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında qurulan sərhəd-buraxılış məntəqəsi Azərişıq ASC tərəfindən elektrik enerjisi ilə təmin olunub.

APA-nın xəbərinə görə, bu barədə qurumun sosial media hesabında bildirilib.

Qeyd edilib ki, Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq işğaldan azad olunmuş ərazilərdə strateji əhəmiyyətli obyektlər, hərbi hissələr və sərhəd zastavaları fasiləsiz elektrik enerjisi ilə təchiz edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR