Bank Of Baku

Leysan və dolu Şamaxıda fəsadlar törədib - FOTO

Leysan və dolu Şamaxıda fəsadlar törədib - FOTO
# 02 may 2023 17:08 (UTC +04:00)

Dünən gecə saatlarında Şamaxıya yağan güclü leysan yağışları və dolu rayonun bəzi kəndlərində fəsadlar törədib.

APA-nın Şirvan bürosu xəbər verir ki, dolu və leysan kənd sakinlərinə məxsus fərdi yaşayış evlərinə ciddi zərər vurub. Zərər ən çox rayonun Dağ Göylər, Dağ Bağırllı, Nüydü və Ovçulu kəndində qeydə alınıb. Güclü yağış və dolu 4 saata yaxın davam edib. Bağırlı kənd sakinlərinə məxsus bəzi fərdi yaşayış evlərinə ciddi ziyan dəyib, evləri, tövlələri su basıb. Həyətyanı sahələrin hasarları uçub. Sel təsərrüfatlara da ziyan vurub, bağlarda meyvə ağacları, əkin sahələri subasmaya məruz qalıb.

Güclü yağış səbəbindən kəndlərin yolları yararsız hala düşüb, avtomobillər yollarda qalıb.

Şamaxının Dağ Göylər kənd sakini Toğrul Salahova məxsus yaşayış evinin tavanı çöküb, ev əşyalarla birlikdə suyun içində qalıb.

Kəndlərdə təhlükəsizliyi təmin etmək məqsədilə elektrik enerjisinin verilişi dayandırılıb.

İlham Əhmədov

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR