Bank Of Baku

Media nümayəndələri Tərtərdə mina partlayan ərazidə müşahidə aparıblar - FOTO

Media nümayəndələri Tərtərdə mina partlayan ərazidə müşahidə aparıblar - FOTO
# 29 aprel 2023 11:48 (UTC +04:00)

Xəbər verildiyi kimi aprelin 28-də Tərtər rayonunun Talış kəndi ərazisində mina partlayışı nəticəsində 3 nəfər həlak olub.

APA-nın Gəncə müxbirin məlumatına görə, bu gün media nümayəndələri mina partlayan ərazidə müşahidə aparıblar.

Məlumat verilib ki partlayış nəticəsində mina axtarışlarına cəlb olunan podratçı şirkətin əməkdaşlar həlak olub. Onlar ərazinin minalardan çirklənmə dərəcəsini dronlarla aşkar etmə işi ilə məşğul olublar.

Proses Beynəlxalq Avrasiya Mətbuat Fondu və ANAMA tərəfindən təşkil olunub.

Qeyd edək ki hadisə ötən gün saat 17:00 radələrində baş verib. Nəticədə 3 nəfər həlak olub. Partlayış nəticəsində zərərçəkmiş şəxslərin "RPS Energy Ltd." şirkətinin əməkdaşları - 1981-ci il təvəllüdlü Səxavət Gözəlov, 1982-ci il təvəllüdlü Nadir Yusifov və 1996-cı il təvəllüdlü Fərid Sədiyev olması müəyyən edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR