Bank Of Baku

Milli Məclisdə vətəndaş nikahlarından dünyaya gələn uşaqların problemləri qaldırılıb

Milli Məclisdə vətəndaş nikahlarından dünyaya gələn uşaqların problemləri qaldırılıb
# 11 aprel 2023 12:27 (UTC +04:00)

“Azərbaycanda vətəndaş nikahından dünyaya gələn çoxlu sayda uşaq da var”.

APA-nın xəbərinə görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Fəzail Ağamalı bildirib.

Deputat deyib ki, bu uşaqlarla bağlı məsələlər qanunvericilikdə əksini tapmayıb: “Bu uşaqların statusu, sağlamlıqların qorunması kimi məsələlərin qanunvericilikdə əksini tapmasına ehtiyac var”.

Deputat Müşfiq Məmmədli isə nikah zamanı narkoloji müayinə aparılmasını təklif edib: “Nikah zamanı İİV və digər müayinələr tələb olunur. Narkomaniyanın geniş yayıldığı belə bir vaxtda narkoloji testin də bu sıraya daxil edilməsi vacibdir”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR