Ali təhsil müəssisələrinin mütəxəssisləri, professor-müəllim heyəti harada bilik və bacarıqlarını artırırlar? Bu, bizim üçün hələ də böyük bir sualdır.
APA xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev deyib.
O bildirib ki, həmin şəxslər təkmilləşdirmə institutlarına gedərək bilik və bacarıqlarını artırmalıdırlar: “Regionlarda müasir infrastruktura malik xəstəxanalar açılıb. Həmin xəstəxanalarda çalışan həkimlər müxtəlif ölkələrə göndərilməlidir ki, yeni bilik və səriştələr əldə etsinlər.
Eyni zamanda, Azərbaycanın savadlı alimləri var. Necə olur ki, azərbaycanlı alimlər dünyanın qabaqcıl ölkələrində böyük mərkəzlərə rəhbərlik edir, həmin ölkələrə milyonlarla dollar qazanc gətirirlər. Amma biz onların potensialından istifadə edə bilmirik?!
Bu iş AMEA-ya həvalə edilmişdi, amma çox təəssüf ki, o yükü AMEA çəkə bilmədi. Çünki mərkəzi icra orqanı kimi o vəzifəni icra etmək iqtidarında deyildi”.