Bank Of Baku

Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunda tunel tikiləcək

Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunda tunel tikiləcək
# 11 may 2023 17:21 (UTC +04:00)

Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunun tikinti layihəsində meşə örtüyünə daha az zərər verilməsi üçün tunel tikilməsi nəzərdə tutulub.

APA xəbər verir ki, bunu Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunun yenidən qurulması ilə bağlı növbəti ictimai dinləmədə layihə icraçısı - “Gidrotransproyekt” Elmi-tədqiqat mərkəzinin direktoru, “Evroskom” ASC-nin sədr müavini Natiq Əliyev deyib

Onun sözlərinə görə, Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunun tikintisinin birinci layihəsinin birinci variantında tunel tikilməsi nəzərdə tutulmamışdı:

"Lakin sonradan meşə örtüyünə zərər verilməməsi, yaşıllıqlara ziyan vurulmaması üçün tunel tikilməsi qərara alındı və bununla da yaşıllıq zonasının saxlanılması və qorunması tələbi yerinə yetirildi".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR