Bank Of Baku

Nazir: 60 mindən artıq şagird idmanla məşğul olur

Nazir: 60 mindən artıq şagird idmanla məşğul olur
# 04 may 2023 16:58 (UTC +04:00)

Elm və Təhsil Nazirliyinin sistemində 60 mindən artıq şagird idmanla məşğul olur.

APA xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev məktəbin idman zalında məşq zamanı xəsarət alaraq ölən 7 yaşlı uşaqla bağlı məsələyə münasibət bildirərkən deyib.

“İnanırıq ki, hüquq-mühafizə orqanları tərəfindən məsələyə müvafiq hüquqi-qiymət veriləcək. Eyni zamanda, dediyim kimi, bu hadisənin bütün idman sisteminə şamil edilməsi düzgün olmaz. Bizim idman, təhsil müəssisələrimiz, uşaq-gənclər idman məktəbləri öz fəaliyyətlərini davam etdirirlər. Orada onlarla beynəlxalq turnirlərin qalibləri çalışırlar və bu, uşaqların sağlamlığı üçün vacibdir”, – nazir qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR